“Aygün Bəylərin mahnılarını oxumayın”.
Showaz.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidchan “Günaydın, Azərbaycan” verilişində deyib. O, mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüt Hümbətovaya onun mahnılarını oxumamasını məsləhət görüb:
“Onun mahnılarını oxuyursunuz. Amma oxumayın. Ehtiyac yoxdur, öz repertuarınız olsun. Zümrüd kimi qalmalısan. Aygün öz repertuarını qoydu getdi. Aygünün mahnısını oxusan, bu sənətdə qalmayacaqsan. Öz mahnıların olsun. Aygünün öz keçitləri var, sən oxuyanda əsəbiləşirəm. Aygünün heç torpağı soyumayıb. Bu mahnılarda Aygünün səsini eşitmək istəyirəm. Aygün zillərə çıxırdı… İstəyirəm Zümrüdün öz imici olsun, ona yaxşılıq edirəm”.