Cəmiyyət

Taksi üçün istifadə olunacaq ən sərfəli avtomobillər – SİYAHI

Azərbaycanda taksilərlə bağlı qadağalar gündəm olduğu üçün ən yaxşı avtomobil modellərini araşdırdıq. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, oxuyun.

1. Toyota Prius
Heç şübhəsiz bu avtomobilsiz siyahını təsəvvür etmək mümkün deyil. Demək olar bir çox iri şəhərlərdə taksi kimi ən çox istifadə olunan avtomobillərdən biri elə məhz Priusdur. Hətta Qafqaz regionunda Bakı və Tbilisi kimi paytaxt şəhərlərdə prius əsas taksi simasıdır.

2. Chevrolet Aveo

Aveo haqqında ən çox danışılan avtomobillərdən biridir. Eyni zamanda həm müsbət, həm də mənfi rəyləri özündə cəm edən bu avtomobil əslində taksi üçün ideal avtomobil sayılar. Çünki 1.2 mühərrikə sahib Aveo sizin yanacaq xərclərinizi xeyli azaldacaq və şəhər daxilindəki yürüşlərdə aşağı büdcə üçün çox əlverişlidir.

Bu detalı da qeyd edək ki, siz əgər yüksək və biraz yolsuzluq şəraiti olan yerlərdə bu avtomobili xüsusilə də taksi kimi istifadə etsəniz avtomobil mühərriki bunu sizə bağışlamaycaq.

3. Kia Soul

Kia Soul əslində sərnişin ilə yanaşı onun əşyalarını da daşımaq üçün çox ideal seçimdir. Doğrudur ki, Soul Aveo və Prius qədər qənaətcil deyil. Ancaq bu avtomobil sərnişinin rahatlığı ilə yanaşı, daşımaq istədiyi əşyalarının da rahat avtomobilə yerləşdirilib daşınmasına şərait yaradır.

Şəhərlərarası daşınma üçün daha ideal görünən Kia Soul eyni zamanda əvvəlki bloq yazılarımızda oxuduğunuz kimi də aşağı büdcə ilə ala biləcəyiniz ən yaxşı maşınlardan biridir.

4. Opel Astra

Opel Astra taksi üçün uyğun avtomobil olmaqla yanaşı Azərbaycanda xüsusən də paytaxtda taksi kimi istifadə olunan avtomobillər içərisində böyük paya sahibdir. Yanacaq sərfiyyatı bir taksi sürücüsünü məmnun edəcək qədər idealdır. Xüsusən də, taksi sürücüləri daha çox avtomobildə davamlılıq kimi bir detal axtarırlar ki, davamlı istifadə zamanı avtomobil hissələrində problem olmasın. Odur ki, taksi üçün avtomobil axtarsanız Astraya da bir nəzər salın.

5. Daewoo Gentra

Bu maşını münasib qiymətə tapmağın mümkün olduğunu və dözümlülüyünü nəzərə alsaq taksi üçün də yaxşı bir seçim olur. Hazırda Azərbaycan taksi bazarında bu markaya məxsus avtomobil sayı elə də az deyil.

Ümumiyyətlə, taksi üçün seçim edərkən hansı şəhərdə, hansı şərtlər altında taksi fəaliyyəti edəcəyimizi nəzərə alıb daha sonra seçim etməliyik.

Back to top button