Tuesday, November 26, 2024

Latest Posts

Tanınmış aktrisa: “Evliydim, amma başqalarına aşiq olurdum” – FOTO

Məşhur aktrisa Meqan Foks diqqət çəkən açıqlaması ilə dünya mətbuatını gündəmini zəbt edib.

Showaz.net Kanal.az-a istinadən xəbər verir ki, o boşandığı həyat yoldaşı, aktyor Brayan Ostin Qrinlə evli olduğu müddətdə başqalarına aşiq olduğunu etiraf edib:

“Evli olanda tez-tez başqalarını sevirdim.

İşə gedirdim və aşiq olurdum. Heç vaxt subay qalmaq və bu həyatı yaşamaq azadlığına malik olmamışam. Boşananda bir anlıq bunu edəcəyimi düşündüm və təxminən üç həftə həyatımda heç kim olmadı”.

Qeyd edək ki, Meqanla Qrin 2010-cu ildə ailə qurub. Həmin vaxt aktrisa 18, Qrin isə 30 yaşında olub. Onların üç övladı dünyaya gəlib. 2020-ci ildə cütlük həyat yollarını ayırıb.

Meqan daha sonra “Midnight In The Switchgrass” filminin çəkiliş meydanında tanış olduğu musiqiçi Kolson Beykerlə eşq yaşamağa başlayıb.

Latest Posts

Don't Miss