Ağdaş rayonunda 2005-ci il təvəllüdlü Sabir yetkinlik yaşına çatmayan həmyerlisi Ləmanla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Hadisə 22 oktyabr 2022-ci ildə baş verib. Sabir həmin gün gecə saat 4 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində, nömrəsiz evin yataq otağında cinsi ehtirasını təmin etmək məqsədi ilə Ləmnanın razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli digər hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Sabirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 2022-ci il oktyabrın ortalarında Ağdaş rayon mərkəzi bazarının qarşısında olan zaman sonradan adının Ləman olmasını öyrəndiyi qızı görüb:
“Ləman mənim diqqətimi çəkdiyi üçün öz “İnstagram” hesabımın adını kağız parçasına yazaraq ona verdim. Bir neçə gün Ləmanın mənə yazmasını gözlədim. Mənə mesaj yazmadığı üçün özüm ona yazdım. Ləman yenə cavab vermədi”.
“Aramızda cinsi yaxınlıq olmayıb”
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 21-də təxminən saat 17 radələrində Ağdaş şəhərində yerləşən “Heydər” parkında gəzərkən Ləmanı parkda görüb: “Bir qədər söhbət etdik. Ləman qrup yoldaşlarını gözləyərkən hava qaraldı. O, evə getməli olduğunu söylədi. Buna görə birlikdə bazarın qarşısına getdik.
Ləman avtobusla yaşadığı Ağdaş rayonunun kəndinə getmək istədi. Avtobus gəlmədiyindən ona gecəni bizdə qalmağı təklif etdim. Anamın da evdə olduğunu, özümün isə dostumgildə qalacağımı dedim.
Ləman mənimlə razılaşdı və bizə getdik. Anam Laləyə qızın bir gecəlik bizdə qalacağını, avtobusa gecikdiyi üçün kəndə gedə bilmədiyini dedim. Anam da razılaşdı. Bundan sonra Ləmanı öz evimizə qoyaraq saat 23 radələrində evdən çıxdım və dostumgildə qaldım. Həmin gecə və ümumiyyətlə Ləmanla aramızda hər hansı cinsi yaxınlaşma olmayıb”.
“Dözə bilməmişəm”
Məhkəmə iclasında sualları cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Ləman ona 16 yaşının olduğunu bildirib: “Ləmanın dəqiq yaşı barədə heç bir məlumatım olmayıb. Parkda olanda aramızda münasibətlər dərinləşdi, yəni öpüşüb-qucaqlaşdıq. Bundan başqa Ləman ilə heç bir münasibətim, o cümlədən cinsi əlaqəm olmayıb.
Bu hadisədən 2 ay sonra Ləmanla münasibətlərimiz davam etdi. Anası qızına nəzarət etməyi mənə tapşırdı. Ləmanı çox istəmişəm. Buna görə başqaları ona söz atanda dözə bilməmişəm. Hətta ona söz atanı bıçaqla vurmuşam”.
“O da hesabının adını yazıb mənə verdi”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.
Sabir ibtidai istintaqda elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 2022-ci ilin oktyabrın ortalarında Ağdaş rayon mərkəzi bazarının qarşısında sonradan adının Ləman olduğunu öyrəndiyi qızı görüb bəyənib və öz “İnstagram” hesabının adını kağız parçasında yazıb, ona verib: “Ləman da öz “İnstagram” hesabının adını yazaraq mənə verdi. Bundan sonra bir neçə gün Ləmanın mənə yazmasını gözlədim. Mesaj yazmadığı üçün özüm ona yazdım. Amma Ləman mənə cavab vermədi”.
“Mənimlə razılaşdı”
Sabirin sözlərinə görə, oktyabrın 21-də, təxminən saat 17 radələrində “Heydər” parkında gəzərkən Ləmanın orada olduğunu görüb: “Söhbət zamanı o mənə hazırlığa gedəcəyini, parkda qrup yoldaşlarını gözlədiyini söylədi. Ləmanın qrup yoldaşlarını gözləyərkən parkda yerləşən söhbətgahlardan birində oturduq. Daha sonra mehribanlaşdıq və qucaqlaşaraq öpüşdük.
Hava qaraldığından Ləman evlərinə getməli olduğunu dedi. Birlikdə bazarın qarşısına gəldik. Ləman avtobusla yaşadığı kəndə getmək istədi. Lakin həmin saatda avtobusun gəlməyəcəyini gördük. Ona gecəni bizdə qalmağı təklif etdim. Anamın evdə olduğunu, özümün isə dostumgildə qalacağımı dedim. Ləman mənimlə razılaşdı”.
“Yatdığı çarpayıya keçdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanla birlikdə onun kirayədə qaldığı Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən evinə gəliblər: “Evdə anam mənə “bu qız kimdir, qaçırmısan?” deyə soruşdu. Anama qızın avtobusa gecikdiyi üçün bir gecəlik bizdə qalacağını dedim. Anam da mənimlə razılaşdı.
Anamla birlikdə kirayədə yaşadığım ev bir otaqdan ibarətdi, otaqda 2 çarpayı var. Buna görə anama gecəni dostumgildə qalacağımı söylədim. Təxminən gecə saat 23 radələrində evdən çıxdım, dostuma zəng etdim. Lakin dostum zənglərimə cavab vermədi. Buna görə məcbur gecə saat 4 radələrində yaşadığım evə qayıtdım.
Həmin vaxt anam yatmışdı. Ləman isə oyaq olub. Mən anam eşitmədən Ləmanın yatdığı çarpayıya keçdim, yanında uzandım. Öpüşməyə başladıq. Ləmanın boyun və boğaz nahiyələrindən öpdüm. Bir qədər öpüşdükdən sonra hər ikimiz ehtiraslandıq. Onun arxa tərəfinə keçdim. Ləmanın razılığı ilə cinsi əlaqədə oldum. Bundan sonra bir qədər də Ləmanın yanında uzandım və anam hiss etmədən otaqdan çıxdım”.
“Güc göstərməmişəm”
Sabir deyib ki, səhəri gün təxminən saat 9 radələrində Ləmanlaə birlikdə yaşadığı evi tərk edib və “Heydər” parkına gediblər: “Ləman yenə də hazırlığa gedəcəyini bildirərək məndən aralandı. Ləmana mənimlə birlikdə yaşadığım evə getmək üçün heç bir fiziki qüvvə tətbiq etməmişəm. Həmçinin ona fiziki və ya psixi təsir göstərməmişəm. Ləman mənimlə öz istəyi ilə könüllü olaraq cinsi əlaqədə olub.
Yaşadığım evdə anamdan başqa heç kim olmayıb. Ləmanla cinsi əlaqədə anam yatmış olduğu üçün görməyib və bilməyib. Cinsi əlaqədə olan zaman və bundan sonra Ləmanın boyun və boğuz nahiyələrindən öpmüşəm. Ola bilsin boynunda qançırlar bu zaman yaranıb”.
“Mən də öz hesabımı ona verdim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, 2022-ci ilin sentyabrından etibarən Ağdaş şəhərində yerləşən “Savalan” hazırlıq kursuna gedib-gəlib:
“Təxminən 2022-ci ilin oktyabrın ortalarında, hazırda dəqiq xatırlamadığım tarixdə saat təxminən 19 radələrində Ağdaş şəhərində apteklərdən birinin qarşısında dayandım, avtobus dayanacağı axtardım.
Həmin vaxt, əvvəllər tanımadığım, təxminən 17-18 yaşlarında bir oğlan mənə yaxınlaşaraq “bayaqdan baxıram, dayanmısan, nəsə axtarırsansa kömək edim” deyə soruşdu. Mənə kağız parçası uzatdı. Kağız parçasını götürərək açıb baxdıqda Sabirin “İnstagram” hesabını yazdığını gördüm. Buna görə mən də öz “İnstagram” hesabımı yazaraq Sabirə verdim”.
“Bu qız kimdir, qaçırmısan?”
Ləman qeyd edib ki, oktuabrın 21-də təxminən saat 17 radələrində “Heydər” parkında rəfiqələrini gözləyərkən Sabirin parkda olduğunu görüb, onunla söhbət etməyə başlayıblar: “Söhbətlərimiz daha da mehriban oldu və qucaqlaşaraq öpüşdük. Artıq hava qaraldı, evə getməli olduğumu dedim. Birlikdə bazarın qarşısına getdik. Sabir mənə artıq gec olduğunu, avtobus gəlməyəcəyini söylədi. Mənə gecəni onlarda qalmağımı təklif etdi. Anasının da evdə olduğyunu, özünün isə dostugildə qalacağını dedi.
Buna görə Sabirlə razılaşmaq qərarına gəldim. Birlikdə onun kirayədə qaldığı evə getdik. Evə daxil olduqda Sabirin anası ondan “bu qız kimdir, qaçırmısan?” deyə soruşdu. Sabir də anasına avtobusa gecikdiyi üçün mənim bir gecəlik onlarda qalacağımı dedi.
Təxminən gecə saat 23 radələrində Sabir dostugilə gedəcəyini bildirərək evdən çıxdı. Otaqda olan çarpayının birində mən, digərində isə Sabirin anası yatdıq”.
“Cinsi əlaqədə olduğumu bildirdim”
Zərərçəkmiş qeyd edib ki, gecə saat 4 radələrində qapının açıldığını hiss edib və oyanıb: “Sabirin anası yatmışdı. Sabirin otağa daxil olduğunu gördüm. O mənim yatdığım çarpayıya tərəf gəldi, sonra yanımda uzandı. Öpüşməyə başladıq. Bir qədər öpüşdükdən sonra hər ikimiz ehtiraslandıq. Sabir məni arxadan qucaqladı, özünə sıxdı, cinsi əlaqədə olmağı təklif etdi. Mən də razılaşdım.
Sonra yenə bir qədər öpüşərək sevişdik. Səhər təxminən saat 9 radələrində Sabirlə birlikdə onun yaşadığı evdən çıxdıq, “Heydər” parkına gəldik. Burada sağollaşdıq və hazırlığa gedəcəyimi söylədim. Bir qədər getdikdən sonra polis əməkdaşları mənə yaxınlaşdı. Məndən adımın Ləman olub-olmadığını soruşdular. Mən də adımı söylədim.
Polis əməkdaşları mənə anamın itkin düşməyim barədə polis şöbəsinə ərizə ilə müraciət etdiyini, hazırda anamın polis şöbəsində olduğunu bildirdilər.
Polis əməkdaşları ilə birlikdə şöbəyə gəldik. Məni anama təhvil verdilər. Evdə anam məndən harada gecələdiyimi və nəyə görə boyun-boğazımın pis vəziyyətdə olduğunu soruşdu. Mən də anamdan qorxduğum üçün ona Sabirin məni qaçırdığını, gecəni onlarda qaldığımı və Sabirlə cinsi əlaqədə olduğunu bildirdim”.
“Təsir göstərməyib”
Ləmanın sözlərinə görə, Sabir onunla birlikdə yaşadığı evə getməsi üçün ona heç bir fiziki qüvvə tətbiq etməyib, həmçinin ona fiziki və ya psixi təsir göstərməyib: “Sabirlə öz istəyimlə könüllü cinsi əlaqədə olmuşam. Sabirin yaşadığı evdə onun anasından başqa heç kim olmayıb”.
Məhkəmənin hökmü ilə Sabirə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, bundan əvvəl Sabir müahkimə olunub və 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliib. O, həmin cəzanın 11 ay 28 gününü çəkməyib. Buna görə də Sabirin əvvəlki cəzası ilə hazırkı cəzası birləşdirilib, ona qəti olaraq 1 il 6 ay cəza təyin olunub. /Teleqraf.com/