Aşıq Mübariz TikTok sosial şəbəkəsində paylaşdığı video ilə gündəm oldu. Müğənni Pünhan Priyevin ünvanına sərt sözlər deyən aşıq müğənnini yekəxanalıqda günahlandırdı. Ayrıca sənətinə söz edən Pünhanı ələ saldı.
Pünhan Priyevdə qarşılıq olaraq İnstagramda paylaşım edərək hadisəyə münasibətini bildirdi.
Qeyd edək ki, ikili arasında mübahisəni alovlandıran məqamötən gün Pünhanın “Rəngarəng səhər” verilişində verdiyi açıqlamalar oldu:
“Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim yaşlıdır. O isə “Instagram” səhifəsində paylaşıb, yazıb ki, “belələrini yerində otuzdurmaq lazımdır”. Guya məni deyir. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarlarının ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən”.
Showaz.net həmin görüntüləri paylaşır: