Maraqlı

Azərbaycanlı reper terrordan zərər çəkənlər üçün 1 milyon bağışladı 

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. 

Showaz.net Yenisabah.az-a istinadla xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosial şəbəkə hesabında bölüşüb.

Navai izləyicilərini də yardım etməyə çağırıb. 

Qeyd edək ki, törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 154 nəfər xəsarət alıb. (Axşam.az) 

Back to top button