“Crocus City Hall”ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb.
Showaz.net bildirir ki, o, insanlara yol göstərib, təxliyəyə rəhbərlik edib.
Yeniyetmə kütləni dar dəhlizdən keçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər.
İslamın dediyinə görə, fövqəladə hal hadisəsi ilə bağlı bütün inzibatçılara təlimatlar verilibmiş. O da təlimatlara əməl edib. (milli.az)