Müğənni Nura Suri trendlərdə olan mahnıları sərt şəkildə tənqid edib.
O, bu haqda qonaq olduğu “Rəngarəng səhər” proqramında danışıb:
“O gün “trend”ə baxmışam, şok yaşamışam. O nə mahnılardır? O nə biabırçılıqdır? “I love you”. İnsan “I love you” sözünü belə düz demir, oxumur. Mahnı üç notun üzərindədir. Axı bu nədir? Siz nə edirsiniz? Camaat, siz bu mahnıları necə “trend” edirsiniz və dinləyirsiniz?”
Mən sonuncu klipimə 15 min manat pul xərcləmişəm. Amma o klip “YouTube”da 100 mindən artıq deyil. Birinci yerdə olanlar isə elə 500 manata çəkilən kliplərdir. İnsanı da “öldürən” budur. Mən heç zaman o qiymətə klip çəkdirmərəm. İnsan özünü bu cür aldada bilməz. Məndə bir klip var ki, çəkildi, amma üzə çıxarmadım. Təzədən başqa rejissorla klip çəkdik. Ondan sonra efirə getdi”. (yenisabah.az)