Wednesday, November 27, 2024

Latest Posts

Aşıq Zülfiyyə: “Manafın belə qorxaq olduğunu bilmirdim”

“Manaf zəhmət çəkib maşını özü sürərdi, mən də oturardım sərnişin kürsüsündə”.

Showaz.net bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə İbadova müğənni Manaf Ağayevin ittihamlarına cavab verərkən deyib. 

Zülfiyyə İbadovanın sözlərinə görə, əgər avtomobili sürətlə sürməsəydi, Manaf Ağayev vaxtında məclisə çatmayacaqdı: “Bu da mənim çox sağ olumdur? İkimiz bir efirdə qonaq idik, sual verdilər, Manaf Ağayev də bunu zarafatla açıqladı. Nə olsun, Manaf səni toya aparıb vaxtında çatdırdım ki… Açığı mən Manafın belə qorxaq olduğunu bilmirdim”. 

Qeyd edək ki, müğənni Manaf Ağayev Aşıq Zülfiyyəni pis avtomobil idarə etməkdə ittiham edib:
“Avtomobillə oynamaq olmaz. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma  nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə – 200 sürətlə sürürdü. Avtomibil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində faciə baş verir”.

Latest Posts

Don't Miss