Şou-biznes

Bu dəfə ərəblər Aygün Kazımovadan yazdı – VİDEO

Xalq artisti Aygün Kazımovanın Bakı Kristal Zalda gerçəkləşən “World Women’s Festival”dakı çıxışı ölkə xaricində də diqqət çəkib.

Showaz.net axşam.az-a istinadən xəbər verir ki, “HP Magazine” jurnalının Ərəbistan versiyasının instaqram səhifəsində ölkənin əsas ulduzunun çıxışı paylaşılıb. 

Hekayə bölümündə yerləşdirilən videoda “Azərbaycanın Pop kraliçası və Divası Aygün Kazımova ölkənin ən böyük konsert zalı olan Bakı Kristal Zalda gerçəkləşən “World Women’s Festival”da çıxış edib” sözləri qeyd olunub.

Qeyd edək ki, Azərbaycan müasir şou-biznesinin yaradıcısı A.Kazımova “Baku Crystal Hall”da solo konsert verən yeganə azərbaycanlı müğənni olub. O, həmin gün bir çox səhnə şouları ilə şou-biznesdə ilklərə imza atıb.

Back to top button