Şou- biznes

Hədiyyəsiz təbriki neyləyirəm?! – Nura

“Tam ciddi deyirəm, məni 8 Mart bayramı münasibəti ilə mesajla, şablon video və şəkillərlə təbrik etməyin. O boş mənasız şəkilləri telefonumdan silməyə dəyərli vaxtımı sərf edirəm”.

Showaz.net xəbər verir ki, bunu sosial media hesabında Nura Suri yazıb.

O, hədiyyəsiz gələn təbriklərə ehtiyacı olmadığını deyib:

“Heç olmasa, instaqramda şəklimin altına şərh yazın, səhifənin aktivliyi qalxsın  Bir xeyriniz gəlsin. Təbrik etmək üçün hədiyyə almağa gücünüz yoxdursa, xahiş edirəm, heç təbrik etməsəz, (mesaj, video, şəkil) daha sanballı, hörmətli olarsınız. Sağ olun!”

Back to top button