Şou- biznes

“Xaricdən dəvət etdiyiniz müğənnilərə 100-200 min verib yola salırsınız, bizə çatanda…”

Xalq artisti Alim Qasımov və əməkdar artist Natiq Şirinovun toy qiyməti mətbuatda səs-küy yaradıb. Musiqiçinin təqdim etdiyi qiymətlər dodaq uçuqladıb. Onlar birlikdə toya getdikləri zaman qiymət 30 min manatda qərar tutur. Musiqiçi dəstəsi ilə açılış mərasimini 25 min manata edir. Beləliklə ümumi olaraq bu məbləğ 1500 manatla 45 min manat arasında dəyişir.

Showaz.net moderator.az-a istinadla xəbər verir verir ki, Əməkdar artist Fərqanə Qasımova atasının və qudası Natiq Şirinovun qonorarına aydınlıq gətirib.

“Xaricdən müğənni gətirib 100-200 min verib yola salırlar. O da gedib öz ölkəsində bəh-bəhlə tərifləyir ki, azərbaycanlılar pul verən millətdir. Özümüzə gələndə isə başlayırıq müzakirə etməyə. Çünki özümüzünkülərin heç vaxt dəyərini bilmirik. Mənasız yerlərə pul xərcləyirlər. Onlar pulu təkcə öz ciblərinə qoymurlar. O ansamblın içində nə qədər musiqiçi var. Pulu musiqiçilərə paylayırlar.

Alim müəllimlə Natiq müəllimin hərəsinin cibində 5 min qalsa, böyük işdir. 6 nəfər atamla mən də daxil olmaqla musiqiçilərdir, Natiq müəllimin dəstəsində də 30-a yaxın heyət var. Gecə-gündüz məşq edirlər, əziyyət çəkirlər. Əlbəttə ki, bu qonorar hər dəfə onlara verilmir. Kimsə arzu, niyyət edir ki, övladımın toyunda böyük sənətkarlar iştirak etsin. Bizim xalqımız istəyəndə qıyır, sənətkara o qədər məbləğ verir”.

Back to top button