Dünya

Adnan Oktar həbsxanada da rahat durmadı – Qadın vəkillərlə…

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb.

Showaz.net musavat.com-a istinadən bildirir ki, Oktar Ərzurum Dumlu Qapalı Həbsxanasından Van Başkale Qapalı Həbsxanasına köçürülüb.

Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək vəkillər vasitəsilə təşkilat yaşatmağa çalışıb.

Bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.

Onun həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.

Back to top button