Azərbaycanda 16 yaşlı qız 42 yaşlı kişi ilə evləndirilir.
Showaz.net sonxeber.az-a istinadla xəbər verir ki, Space televiziyasında yayımlanan Amil Xəlilin müəllifi olduğu “Gəl,Danış” verilişində məlumat verilib.
Aparıcı bildirib ki, Beyləqanda 16 yaşlı qızın zorla 42 yaşlı kişi ilə evləndirilməsi iddia olunur:
“Bizə həmin kişi ilə qızın nişan görüntülərini göndəriblər. Bu görüntülər sosial şəbəkələrdə də paylaşılıb”.
Efirə bağlanılan ana bildirib ki, oğlanın 42 yaşı yoxdur:
“Oğlanın cəmi 27 yaşı var”.