Dünya

Xəzərdə içərisində sərnişinlər olan gəmi batdı

Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb.

Bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir.

(Oxu.az)

Back to top button