Tanzaniyadan olan 80 yaşlı qadın özündən 56 yaş kiçik olan taksi sürücüsü ilə eşq yaşayır.
Bu barədə “Daily Mirror” məlumat yayıb. Bildirilir ki, 24 yaşlı Corc və 80 yaşlı Ketrin Tomasın Dar əs-Salam şəhərində qadının motosiklet taksisinin xidmətindən istifadə etdiyi zaman tanış olduğu dəqiqləşib.
Təqaüdçü altı milyon Tanzaniya şillinqi olan çantanı taksidə unudub. Ertəsi gün taksi sürücüsü çantanı geri qaytarıb və bu, yaşlı xanımın ürəyincə olub.
“O, pulumu mənə qaytardı, bu da ürəyimi fəth etdi. Mənim sevgiyə ehtiyacım vardı”, – Tomas deyib.