Şou- biznes

Aysun evləndi – Toyundan FOTOLAR

Müğənni Aysun İsmayılova ailə qurduğunu açıqlayıb.

Showaz.net OLAY-a istinadla yazır ki, o, instaqram hesabında nikahdan görüntülər paylaşaraq vəkil sevgilisi ilə münasibətlərini rəsmiləşdirdiyini bildirib.

“Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay öncə ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin kommentariya ve direktə çoxlu sayda sual daxil olduğundan bu xoşbəxtliyimi bütün sevənlərimlə Sevgililər günündə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir”, – deyə, Aysun paylaşımında yazıb.

Qeyd edək ki, Aysun İsmayılova daha öncə Eşqin Cəlilovla ailəli olub. 

Back to top button