Saturday, November 23, 2024

Latest Posts

“Rahat olun, çox xoşbəxtəm”

“Qarşımdakı insana hər zaman hörmətlə yanaşıram. Bəlkə də onun ətrafında ona heç mənim göstərdiyim qədər hörmət olunmayıb. Bunu onun üçün edirəm ki, o insan da mənə hörmətlə yanaşsın”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Söhbət var” proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən danışıb:

“Hörmət göstərdiyin insandan bir dəfə zərbə alırsan və bir dəfə bunu udursan. Özün də düşünürsən ki, insandır bəlkə də çaşıb. İkinci, üçüncü dəfə də onu necə dağın başına qaldırmışdımsa, elə də təpəsi üstə yerə atıram.

Tənbəl deyiləm, çalışqan bir insanam və işləməkdən zövq alıram. Bütün günü mənə sosial şəbəkədə neqativ şərhlər yazanların, sözün əsl mənasında işləri-gücləri yoxdur. Səhifəmdə onların mənə yazdıqlarını görüb düşünürəm ki, bunlar nə yeyib, içirlər? Onların beyni nə ilə qidalanır? İstəyirəm deyim ki, rahat olun, mən çox rahat və xoşbəxtəm”. 

Latest Posts

Don't Miss