“Rəvan ümumiyyətlə sevə bilmir”.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bunu xanım müğənni Rahidə Baxışova Rəvan Qarayevlə qonağı olduğu “Həmin Zaur” verilişində deyib.
Rahidənin bu açıqlaması Rəvanı çətin vəziyyətdə qoyub.
Xatırladaq ki, R.Qarayev indiyə kimi iki dəfə ailəli olub. Onun ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günay Rəhimova adlı xanımla ikinci evliliyi beş il çəkib və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.
Qeyd edək ki, indi isə Rəvan ixtisasca həkim olan xanımla üçüncü dəfə izdivac qurub.