Hadisə

Ərindən bezən qadından ağlasığmaz əməl – Məşuqu ilə… – FOTO

Türkiyənin Karaman vilayətində gecə yarısı güllələnərək öldürülən şəxsin cinayət işi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, 24 yaşlı Mehmet Ali Başarın özündən ayrı yaşayan arvadının sevgilisi tərəfindən güllələndiyi məlum olub. Mehmet 3 mərtəbəli binanın sonuncu mərtəbəsində anası ilə birlikdə yaşayırmış. Onun boşanma ərəfəsində olan həyat yoldaşı Ebru, sevgilisi və digər şəxs 3-ü birlikdə gecə yarısı Mehmetin mənzilinin önünə gələrək, zəngi basıblar. Yuxudan oyanna Mehmet qapını açdıqda qadının sevgilisi onu 2 dəfə atəş açmaqla yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Mehmetin həyatını xilas etmək mümkün olmayıb.

Polis kamera görüntülərindən avtomobilin seriya nömrəsini əldə edərək qatili müəyyənləşdirib. Hadisə zamanı digər 3 nəfər Ebru, sevgilisi və yanındakı şəxsi avtomobildə gözləyirmiş. Qətl hadisəsi ilə əlaqəsi olan 6 nəfər həbs olunub.

Back to top button