Türkiyənin Bolu şəhərində binalardan birində qəribə oğurluq hadisəsi baş verib.
Sözügedən oğurluq hadisəsi binaya quraşdırılmış kameralara düşüb. Onlar binanın mərtəbələrini tək-tək gəzərək qapıların önünə qoyulan ayaqqabıları götürüb çantalarına qoyublar.
Bahar Ç. və xalası Türkan Ç. şübhəli şəxslər qismində polis tərəfindən saxlanılıblar.
Araşdırma zamanı maraqlı detallar ortaya çıxıb. Saxlanılanlardan biri Baharın tələbə olduğu və ‘Kleptomani’ adlı xəstəliyə tutulduğu öyrənilib.