Türkiyənin İstanbul şəhərində qəribə oğurluq hadisəsi baş verib.
Bir kişi sakinlərin ipə asdığı qadın alt paltarlarını oğurlayaraq aradan çıxıb. Səhər 6:30 radələrində bina sakinləri yaxınlıqda səs eşidiblər. Lakin əraziyə baxanda orada dəyişiklik baş vermədiyini görüblər. Təhlükəsizlik kameralarına baxdıqdan sonra bir kişinin 3 ədəd qadın alt paltarını paketə qoyaraq uzaqlaşdığını görüblər.
Bina sakinləri bu vəziyyətdən çox narahatdırlar. Bilal Dönmez adlı sakin “Bu normal bir oğurluq hadisəsi deyil. Həmin şəxs dəqiq manyakdır, yoxsa niyə təkcə alt paltarı oğurlayıb uzaqlaşsın? Beləsindən hər cür təhlükəli hərəkət gözləmək olar. Bunun kimilər qətiyyən sərbəst gəzməməlidirlər”, – deyə bildirib.