Müğənni Nüşabə Musayeva açıqlaması ilə gündəmə səs salıb.
Sənətçi qonaq olduğu Həmin Zaur verilişində qayınanası ilə münasibətlərindən söz açıb.
Nüşabə bildirib ki, qayınanasına ona sataşdığına görə əl qaldırıb, döyüb:
“Mən qayınanamı döymüşəm. Mənə sataşdı, çox pis söz dedi… O zaman mən uşaq idim, 16 yaşım vardı. Qayınanamı saçlayıb, qoydum yerə. Amma indi onunla dostuq. O deyir ki, “sən gərək dözərdin”, mən isə deyirəm ki, sən gərək məni yola verərdin.