Zodiak işarələrindən birinin heç bir şəkildə reaksiya vermədiyi mövzu digərini mənəvi cəhətdən çox zədələyə bilər.
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, astroloqlar hansı bürcün nədən daha çox təsirləndiyini müəyəyn ediblər. Bu barədə astroloq Svetlana Rayt “Moskva 24″ə danışıb. Məlum olub ki, bürclərin hər birində bədənə böyük zərər verə biləcək müəyyən mənfi emosiyalar var. Məsələn, hər hansı bir bürc tez-tez qəzəblənirsə, o zaman bu, onda baş ağrıları və qan təzyiqinin yüksəlməsinə səbəb olacaq. Astroloq hesab edir ki, Zodiak işarələrinin qarşılaşdığı hər hansı xəstəlik karma və bumeranqdır. Heç kim səbəbsiz yerə xəstələnmir və zodiak işarələrində ağırlaşmalara və sağlamlığın pisləşməsinə səbəb olan duyğular da var.
Məsələn, od ünsürü olan Qoçda xəstəliklər qəzəb, zorakılıq, rəqabət və qısqanclıqdan qaynaqlanır.
Buğa bürcünün nümayəndələri tez-tez öz tənbəllikləri, qısqanclıqları, xəsislikləri, hətta inadkarlıqları üzündən xəstələnməyə başlayırlar.
Əkizlər inadkar və ya çox narahat olduqları üçün sağlamlıq problemləri ilə üzləşirlər.
Astroloq əmindir ki, ciddi səhvə yol verən Xərçəng bürcləri özlərini uzun müddət günahkar hiss edəcək. Qorxu və narazılıqlarını gizlətsələr, yaxud da alçaq hərəkət etsələr, onların səhhəti daha da ağırlaşa bilər.
Şir bürcünə aid olanların səhhətləri həddindən artıq öyünmələri və eqoistlikləri, təkəbbürləri və ya özlərinə həddən artıq diqqəti cəlb etmək cəhdləri səbəbindən pisləşə bilər.
Xırdalıqlara varmaq, seçici davranmağa və mükəmməlliyə can atmağa çalışmaq kimi xüsusiyyətlər isə Qız bürclərinin səhhətində öz izini qoyur.
Tərəzilər üçün xəstəliyin qaynaqları çox vaxt qərarsızlıq, narsisizm, münaqişələrdən qaçmaq, öz sərhədlərini qoruya bilməmək və partniyorlarından hədsiz asılılıqdır.
Əqrəblərə isə qətilik, inadkarlıq, barışmazlıq, eqosentrizm və intriqa zəncirləri ciddi zərər verir.
Bəs qalan bürclər haqqında nə demək olar? Əlbəttə ki, onlar haqqında məlumat verəcəyik! Məsələn, Oxatanlar yalan danışdıqdan sonra və tənbəlliklərinə görə, bədənlərində problemlərlə qarşılaşa bilərlər, Həmçinin verdikləri sözün üstündə dura bilməmələri də yaxşı heç nə gətirməyəcək.
Amma Oğlaqlar astroloqun dediyi kimi, bədbinlik və ya həddindən artıq inadkarlıq nümayiş etdirdikdən sonra əziyyət çəkməyə və xəstələnməyə başlayırlar. Şübhə, sinizm və sarkazm vəziyyəti daha da ağırlaşdıracaq.
Ekspertin fikrincə, Dolçaların səhhətindəki problemlər əsəb, bədənə nəzarətsiz münasibət, həmçinin pis qidalanma ilə birbaşa bağlıdır.
Həddən artıq təmkinli və yalanı sevməyən Balıqlar isə problemləri həll etmək əvəzinə onları dramatikləşdirirlər, praktik ola bilmirlər və özlərindən çox başqalarının qayğısına qalmağa çalışırlar. Nəticədə özlərinin qayğısına qalmağı unudurlar