Sunday, November 24, 2024

Latest Posts

1 ayın gəlini “kişi” çıxdı – Qohumlar dəhşətə gəldilər – FOTO

Oğlunun homoseksual olduğunu qəbul etməyən qadın qohumlarını aldatmaq üçün oğlunun xoşlandığı kişini toyda gəlin kimi geyindirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Londonda yaşayan homoseksual Roy Singh mətbuata müraciət edərək təzyiqlərə məruz qaldığını söyləyib.

Onun dediyinə görə, qayınanası ilə qayınatası oğlunun gey olduğuna görə biabır olmasınlar deyə oğullarının toyunda ona gəlin paltarı geyindirib, qız kimi bəzəyiblər. Roy toydan sonra 1 ay da özünü qadın kimi göstərməyə məcbur edilib. Uzun müddət dikdaban ayaqqabı geyinməyə məcbur qalan Roy intihara cəhd edib.

O bildirib ki, bir müddət sonra onun qadın olmadığını bütün qohumları bilib, onu döyüb, boşayıblar.

Mançester şəhərində doğulan Roy hazırda başqa kişi ilə evlidir.

Latest Posts

Don't Miss