Şou- biznes

Afət Fərmanqızı: “Mənim üçün 10 min manat nədir ki…”

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

Showaz.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

“10 min manat təzminatı ödəyəcəksiz?” sualına Afət Fərmanqızının cavabı belə olub:

“Pul bir Mameddə, bir də Amerikada. Floraya minnətdarlıq edirəm ki, gecə-gündüz məni reklam edir. O boyda reklamın qabağında bu pul nədir ki…

Fanatlarıma deyərəm, o pulu verər. Bir milyon izləyicim var, hərə bir manatdan kömək etsə, bir milyon pul edir…”

Back to top button