Xalq artisti Röya Ayxan dünən mətbuatda yayılan keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması xəbərlərinə reaksiya verib.
“Rəhim Rəhimlinin də olduğu bir paylaşım etdik. Hər kəs o tərəfə yozdu. Əzizlərim biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik, amma hərə öz evində”, – deyə, estrada ulduzu açıqlamada vurğulayıb.
Qeyd edək ki, R. Ayxan instaqramın hekayə bölməsində keçmiş həyat yoldaşı ilə videosunu paylaşıb. Kadrlarda mərhum müğənni Rəhim Rəhimli də yer alıb.