Cəmiyyət

“”Quran”ı öyrənmək üçün qadın molla tapıb, sonra isə onu…” – Aygün Bəylərlə bağlı SİRR AÇILDI

“O, ömrünün son 6 ilini prodüseri Ramin bəylə işləyib. Onun bütün işlərini Ramin görüb. O, bir sirr açdı, Maştağada Aygün Bəylər üçün bir otaq ayırıblar. Bu barədə heç kim bilmirdi. Aygün orada öz musiqi alətlərini saxlayıb”.

Bu sözləri “Elgizlə izlə” verilişində aktyor Qorxmaz Əlili deyib.

Q.Əlili bildirib ki, Aygün Bəylər “Mehribaniyyə” oratoriyasını o otaqda yazıb:

“Amma görüb ki, sonu alınmır, bir insandan xahiş edib ki, “Quran”ı öyrənmək üçün qadın molla tapsın. Fikirləşib ki, Allah vergi veribsə, nəsə çatmır, Allahın yanında günahkardır və bu oratoriyanı bitirə bilmir, zaman da getmir. Molla ona 3-4 aya “Quran”ı öyrədib. Ərəb dilini öyrənəndən sonra həmin otağa qayıdıb və “Mehribaniyyə”ni yazıb”.

Aktyor bildirib ki, Aygün Bəylər xəstəxanada prodüseri Raminin qucağında vəfat edib.

Back to top button