Müğənni Manaf Ağayev yeni açıqlaması ilə gündəmə gəlib.
“Günün sədası” verilişinə qonaq olan ifaçı aşıq Zülfiyyənin maşını yüksək sürətlə idarə etdiyini bildirib. Sənətçi həmkarının bu addımını qınayıb:
“Avtomobillə oynamaq olmaz. Rayona gedəndə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm.
Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə sürürdü. Onda da biz toya gecikmişdik.
Avtomobil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”.