Mən həyatda iki peşənin arzusunda olmuşam. Biri stilistika, digəri isə rəqqasəlik. 16-17 yaşımdan salonda işləmişəm. Buna baxmayaraq, rəqqasəliyə olan həvəsim məni bu sahəyə dartıb gətirdi. Hərçənd ki, mənə bu işlə məşğul olmağa icazə vermirdilər. 20 yaşımda ailə qurdum, onda hər şey daha da çətinləşdi. Maneələrin biri də artdı.-bu sözləri rəqqasə Renka deyib.