Türkiyəli fenomen Şeyma Subaşı yeni münasibətə başlayıb.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, ən son misirli həyat yoldaşı Meedodan ildırım sürəti ilə boşanan Şeymanın yeni münasibətə başladığı iddia edilib.
Belə ki, məşhur model Survivorun çəkildiyi Dominikdən ayrılaraq Meksikaya uçub.
Meksikaya Formula E yarışlarını izləməyə gedən Subaşının ora niyə getdiyi məlum olub. Subaşının Meksikada olmasının səbəbinin Formula E-nin baş direktoru ilə sevgili olması olduğu iddia edilib.
İddialara görə, onun yeni sevgilisi 53 yaşlı Alejandro Aqaqdır. Şeyma Subaşı ilə Aqaqın axşam yeməyində birlikdə poza verməsi də sosial mediada iddiaları artırıb.