Cəmiyyət

Nura Suri Aygün Bəylərə ölümündən sonra “xalq artisti” adı verilməsini təklif edib

Müğənni Aygün Bəylər(Hümbətova) vəfat edəndən sonra ona “xalq artisti” adı verilməməsi cəmiyyətdə müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkədə Aygün Bəylərə ölümündən sonra xalq artisti adı verilməsini təklif edib.

O, Aygün Bəylərin hər adı çəkiləndə xalq artisti kimi yad edilməsini istəyib.

“Aygün Hümmətova içində daşıdığı, gizlətdiyi, sığdırdığı dərdi, dünyaya sığmayan istedadını qoyub getdi. İnsanlar hələ də özünə gələ bilmir. Hər kəs onu paylaşır, gözləri dolur hər onun səsin eşidəndə, ağlayır bəlkə də bir çoxu – səbəbini belə anlaya bilmir. Bu qədər insan onun tək daşıdığı ağrı-acını, sənətinin ağırlığında aciz qalıb. Hamını silkələdi gedişiylə, ayıltdı. Hər kəs onun hələ də Xalq artisti adı almamasına təəcüblənir. Ölümündən sonra verin ona bu adı. Hər adı çəkiləndə Xalq artisti Aygün Hümmətova kimi yad edilsin. Axı, bu ada layiq olmayan neçə müğənni var səhnəmizdə. Hamı bunu deyir axı, sosial şəbəkələrdə musiqiçi olmayanlar da paylaşımlarında məhz bu məsələni vurğulayırlar. Hər kəs bunu istəyir…” ,- deyə müğənni bildirib.

Back to top button