Daha bir “TikTok” mövzusu gündəm gəlib.
Milli.Az bildirir ki, Arb Tv-də yayımlanan “Elgizlə izlə” verilişində gırgin anlar yaşanıb.
Belə ki, efirdə ekspert qismində yer alan Aydınxan Əbilov studiaya gələn xanım qonaqla bu mövzuda söz savaşına girib.
Aparıcının ananız “”Tiktok”da atlanaraq mahnı oxumasına necə baxardınız?” sualına cavab verərkən kulturoloq bu platformadan evdar xanımların istifadə etməsinə belə haqq qazandırıb:
“Mən istərdim ki, anam da bu şəbəkədən istifadə etsin. Rəqs ruhun əlamətidir. Burada pis heç nə yoxdur. Özünü ciddi aparan insanların psixologiyası və sağlamlığında problemləri var. Sizə olarsa, anama niyə olmasın?!”