Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid olunub.
Qlobal.net xəbər verir ki, ifaçı əvvəlcə video yayımlayaraq “Yeni həyat yoldaşım” sözlərini işlədib. Onun bu fikirləri tənqid atəşinə tutulub. Bir az keçəndən sonra isə Nadir körpə uşaqla foto yayımlayıb. Bir çoxları isə onun nəvəsi doğulduğunu düşünüb. Əslində isə hər ikisi Nadirin yeni layihəsi ilə bağlı paylaşım olub.
Sənətçi ünvanına yazılan təhqirlərə cavab verib
“Bilirəm ki, dünənki əlval-ruhiyyədən çoxunuz hələ də çıxmayıb. Hətta mənə zəng edənlər, xəbər göndərənlər də oldu ki, bu nədir. Lap elə tutaq ki, Nadir evlənib. Niyə söyürsünüz? Evlənəndə adamı söyüb, təhqir edərlər? Nadir yox, bir başqası olsun. Evlənmək qəbahət, günah, tərbiyəsizlik, əxlaqsızlıqdır? Bu insanlar haradan fikirləşir?
İkincisi də evlənib etməmişəm. Elə həmin Nadirəm. Bundan sonra mənə yaraşmaz. Uşaqlarım böyükdür, gəlinim, yəni, qızım, həyat yoldaşım var. Yalnız bir nəfərə sevirəm deyə bilərəm. İkinciyə deyə bilmərəm, utanaram. Necə olur ikinci bir insana da bunu söyləyəsən? İnsan bir dəfə sevir. O, bitirsə, bitib artıq, yenidən başlamır. Ayıbdır, məni söyür, təhqir edirsiniz. Daha ölüm, dirim, atan-ana, nəsil qoymadınız, söydünüz. Niyə görə? Sevəndə insanlar sizdən icazə almalıdır? hansı başınızla düşünürsünüz? Demirəm ki, o söyüşlər özünüzə getsin, çünki mənə yaraşmaz. Bir azərbaycanlı olaraq buna öyrəncəliyik”