Cəmiyyət

Avtomobilin loqosunu dəyişən sürücüləri hansı cəza gözləyir?

Son zamanlar avtomobilin markasını bildirən loqoları dəyişmək sürücülər arasında dəb halını alıb. Avtosfer.az xəbər verir ki, hər bir istehsalçı avtomobilin ön və arxa hissəsinə öz loqosunu yerləşdirir. Bu loqo vasitəsi ilə nəqliyyat vasitəsinin hansı markaya aid olduğu bilinir. Son vaxtlar sürücülər ucuz markalı avtomobillərin loqolarını çıxararaq yerinə bahalı markalı avtomobillərin loqolarını vururlar. Məsələn “Opel”ə “Mercedes Mybach”ın loqosunu, “Toyota Prius”a “Porsche”nin loqosunu və.s vururlar.

Bu hərəkətə yol verən sürücüləri hansı məsuliyyət gözləyir?

“Yol hərəkəti haqqında” Konvensiyaya görə, hər bir nəqliyyat vasitəsinin ön və arxa hissəsində avtomobilin markasını bildirən loqo yerləşdirilməlidir. Bu loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu əməli törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir.

Back to top button