30 yaşdan yuxarı elə gözəl xanımlar müraciət edir ki, həyatlarında heç emosiyaları olmayıb.
Milli.Az bildirir ki, bu sözləri psixoloq Nizamova Fidan Yutub layihəsində söyləyib.
Onun çıxışı sosial şəbəkələrdə müzakirələrə yol açıb. Psixoloq bildirib ki bəzi qadınlar 30 yaşa qədər heç həyətdə belə oynamadığını, kimləsə münasibət yaşamadığını etiraf edirlər.
“Aralarında çox gözəl xanımlar da var” deyən psixoloq həmin şəxslərə tövsiyyə edib ki, insanlar duyğulardan qorxmasınlar.