Hadisə

TƏCİLİ! Perinatal Mərkəzində yanğın: Körpələr xəstəxanadan çıxarıldı – VİDEO 

Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.

Referans.az xəbər verir ki, əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğının binanın dördüncü mərtəbəsində 35 kv.m sahədə olması müəyyən olunub. Binanın 3 və 4-cü mərtəbəsində olan personal, körpələr və analar təxliyyə olunub. Hazırda araşdırmalar gedir.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da hadisə yerinə gəlib. Qurumdan bildirilib ki, 50-yə qədər körpə və qadın təxliyə edilib.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

“1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”, – TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə – xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Back to top button