Gündəm

“Aygünün sonuncu gülləsi qalmışdı”

“Ağlıma gəlməzdi ki, günün birində Aygünlə vidalaşmağa gələcəyəm. Bu boyda sevginin kökündə səsindən, sənətindən, özündən də qabaqda gedən böyük ürəyi durur”.

OLAY yazır ki, bu sözləri Aygün Bəylərlə vida mərasimində Əməkdar artist Lalə Məmmədova deyib. O, mərhumla xatirələrindən söz açıb:

“Aygün ən sevimli sənət yoldaşımız olub. Qastrol səfərlərinə getmişik. Böyük sənəti ilə yanaşı, uşaq saflığı var idi. Son hadisələrdən bir şey anladım ki, onun sonuncu gülləsi qalmışdı. Ya özünə, ya da həyata vurmalı idi. Aygün son gülləsini həyata vurdu. Bütün çətinliklərə rəğmən sənətkar üçün ən vacib missiyanı yerinə yetirib son konsertini verdi. Bilirəm ki, onun ruhu buradadır. Rüstəm Behrudinin çox gözəl bir sözü var. Çıxışımı onunla bitirəcəyəm. Şair deyir ki, yer üzündə bizi xatırlayacaq ən son insan öləndə, biz də öləcəyik. Aygün, nə qədər ki, Azərbaycan xalqı var, sən hər zaman yaşayacaqsan! Allah sənə rəhmət eləsin!”.

Back to top button