Sunday, November 24, 2024

Latest Posts

Əkbər Əliyevdən etiraf: “24 ildir Rozanı sevirəm, evlənmək istəyirəm”

Keçən il Rozaya təklif etdim ki, evlənək və köçüb başqa ölkədə hər şeyə sıfırdan başlayaq. O, təklifimə “yox” dedi”. Azxeber.com xəbər verir ki, bu sözləri Mtv Azərbaycan kanalında “10da görüşək” səhər şousunda müğənni Əkbər Əliyev deyib.

O, canlı yayımda Zərgərliyə olan sevgisindən danışıb:

“24 il əvvəl Roza xanımı çox sevirdim. Bir-birimizi sevirdik, böyük məhəbbətimiz olmuşdu. Elə indi də ölməsəm də sevirəm. Ona görə ölümə də gedərəm. Təklif etdim ki, gedək Türkiyədə həyatımızı sıfırdan quraq, ər-arvad kimi yaşayaq. Roza dedi yox”.

Verilişin digər qonağı Roza Zərgərli isə Əkbərin bu sözlərini təkzib etməyərək gülüşlə qarşılayıb:

“Sən elə indi də mənim üçün ölürsən. Əkbər deyirdi sənəti ataq, gedək Balidə adada yaşayaq. Keçən il də evlilik təklif edib. Mənə üzük hədiyyə etdi, mən də “hə” cavabı verdim. Amma mən hər şeyi atıb gedə bilmərəm”.

Latest Posts

Don't Miss