Tanınmış aktrisa və aparıcı Zümrüd Qasımovadan xəbər var.
Aktrisa sosial media hesabında yeni paylaşım edib. Onun paylaşımı qayınatası ilə bağlı olub. Belə ki, aktrisanın paylaşımından məlum olub ki, onun qayınatası Milli Məclisin sabiq vitse-spikeri Zakir Zeynalovdur:
“Bu gün qayınatam – hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Milli Məclisin sabiq vitse-spikeri, rəhmətlik Zakir Zeynalovun anım günüdür. Allah rəhmət etsin, məkanı behişt olsun. Nazim, Allah atana rəhmət eləsin!”