Sunday, November 24, 2024

Latest Posts

Bakıdakı boş mənzillər kasıblara paylanılsın – Xalq artisti

“Bakıda saysız-hesabsız, illərlə qapısı açılmayan mənzillər var. Elə məmur var, onun bəlkə 200 evi var Bakıda. Dövlət həmin mənzilləri alıb, evsiz-eşiksiz, adamlara, şəraiti olmayan sənətçilərə, ziyalılar paylamalıdır”.

Bu sözləri açıqlamasında tanınmış kinorejissorXalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

“İnsanlar evsiz-eşiksiz, küçələrdə, kirayələrdə ömür çürüdürlər. Bu necə ola bilər ki, bir tərəfdə boş mənzillər, o biri tərəfdə həmin boş mənzil üçün bir ömür işləyən, sağlamlığını itirən adamlar…

Bir araşdırılsın, o boş mənzillər kimlərə məxsusdur? Hansı məqsədlə, hansı pullarla alınıb. Açın qapıları paylayın da camaata bu evləri”

Latest Posts

Don't Miss