Şou- biznes

Vəfa Şərifovaya bahalı ev bağışlayan iş adamı GÖRÜN KİM İMİŞ – Barışmaq üçün…

“Həyat yoldaşım Famildən ayrılmaq istəyirdim. Sonra onun peşman olduğunu və məni sevdiyini hiss elədim. Onsuz da məni sevdiyini bilirdim və buna şübhəm də yox idi. Amma soyuqluğu var idi. Ayrılmağım bir dərs oldu, istədim ki, bu addımımla hər şey düzəlsin”.
Bizim.media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Həyat yoldaşı, iş adamı Famil Xəlilovla əvvəlcə ayrıldığını sonra isə barışdığını açıqlayan sənətçi bildirib ki, bu barışığın şərəfinə əri ona “Ağ şəhər”də yeni tikili binada ev hədiyyə edib:

“Barışmağımıza görə Famil mənə hədiyyə verib. Amma o böyük bir hədiyyə deyil. Ərim mənə “Ağ şəhər” ərazisində yerləşən yeni tikili binaların birində mənzil hədiyyə alıb”.

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.

Back to top button