Rəqqasə Rəna Ağamuradovanın musiqiçisinə saxta pul veriblər.
Sənətçi bununla bağlı özü məlumat yayıb. O bildirib ki, çıxış etdikləri məkanda qonaqlardan biri davul ifaçısına saxta 100 manat verib:
“Qızların yanında özünüzü göstərirsiniz. Ayıb deyil? O da evinə çörək aparır, həvəslənir. Büküb verib davulçuya, guya bombadırlar. Özü də bığıburma kişilər. Utandım. Mənə də gətirib səhnədə 50 manat veriblər. Hamı görsün ki, guya bunlar pul verirlər”.