Blog

Ərini əzizləyən Səidə LAĞA QOYULDU: “40 yaşında ər tapıb…”

“Amma bəzi xanımlar var deyir, xeyr ola, bu qədər parfüm vurdun, niyə bu kostyumu geyindin”.

Qlobal.net yenicag.az-a istinadən xəbər verir ki, müğənni Səidə Dadaşovanın “7 tamam” verilişində dediyi sözlər sosial şəbəkədə müzakirələrə səbəb olub.

İzləyicilərin əksəriyyəti yazdıqları şərhlərdə onu lağa qoyub: “40 yaşında ər tapıb, belə olar… Özündən 10 yaş balaca, balan olacaq da… Allah ağıl versin… 10 kilo arıqladım… Bu boşanmamışdı ki? Efir nə gündədir, bütün günü, olan-olmayan ərlərindən danışırlar…”

Qeyd edək ki, müğənni həyat yoldaşına sevgisini belə ifadə edib: “Həyat yoldaşımı dəlilər kimi sevirəm. Nə yaxşı ki o mənim həyatımda var. Sevgidən də artıq bir şey var, adı hörmət, doğmalıqdır.

Elə bilirəm, həyat yoldaşım balamdır. O yemək yeyəndə elə bilirəm, mən yemişəm. Bəzi xanımlarda qısqanclıq hissi var. Təbii ki mən də çox qısqancam və dəhşət dərəcədə eqoistəm.

Uşağıma qarşı da, həyat yoldaşıma qarşı da… Amma sevirəm həyat yoldaşım şıq və xarizmatik görünsün. Amma bəzi xanımlar var deyir, xeyr ola, bu qədər parfüm vurdun, niyə bu kostyumu geyindin… Mən heç vaxt elə demirəm…”

Back to top button