Şou- biznes

Tünzalə açıq-saçıq geyimlərindən DANIŞDI: “Kimsə çörək pulu qazanırsa…”

“Mənim adıma əgər kiminsə ehtiyacı varsa, yazsın. Kimsə adımla çörək pulu qazanırsa, haqqımda yazsın. Halal xoşu olsun. Aparsın uşağına çörək yedirtsin”. 

Bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu “Elgizlə izlə” ictima-sosial verilişinin bayram efirində deyib. 

Sənətçi onu açıq-saçıq səhnə imicinə görə, tənqid edənlərə özünəməxsus şəkildə cavab verib: 

“Sənətkar böyük ağacdır o isə bar, meyvə verir. O meyvəni biri nəvazişlə dərəcək, digəri isə qopardacaq. Hətta daş atanlarda, iynəyənlər də olacaq. Deyirlər ki, ağac nə qədər bar verirsə, başını aşağa salır. Amma bunu şou-biznesə aid etmək olmaz. Şou-biznesdə baş əymək olmaz. Dik duracaqsan, meyvələrin olacaq”. 

Back to top button