Cəmiyyət

Balaəli sevənlərə ÜZÜCÜ XƏBƏR – MEYXANADAN GEDİR

“Daha “deyişmələrə” getmirəm”.

Bu sözləri meyxanaçı Balaəli Maştağalı “İncə səhər” verilişində deyib

Meyxanaçı atasının ondan deyişmə olan məclislərə getməməsini xahiş etdiyini deyib. O, valideyninin meyxanalarda olan davalara görə narahat olduğunu, bu səbəbdən də onun bu tipli məclislərdə iştirak etməməsini istədiyini vurğulayıb.

Balaəli meyxana məclislərində olan dava-dalaşlardan da söz salıb: “Bizim Azərbaycan kişilərinin xarakteri var. Biz söz götürmürük. Bir dəfə yola verərsən, iki dəfə yola verərsən, üç dəfə yola verərsən… Bir də baxarsan ki, səhəri gün böyük bir hadisə olar. Ya mən qarşı tərəfə ziyan vuraram, ya da o mənə ziyan vurar. Buna görə də atamın sözləri ilə bu sahədən bir az uzaqlaşdım”.

Back to top button