Məşhur aktrisa Kameron Diaz xoşbəxtliyin ailə həyatında xoşbəxt olmağın sirrini açıqlayıb.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, 8 ildir evli olan Kameron cütlüklərin xoşbəxt olması üçün ayrı çarpayılarda yatmalı olduğunu bildirib.
O bu barədə “Lipstick on the Rim” adlı podkasta danışıb:
“Mənə görə ayrı evim olmalıdır. Sənin ayrı evin olmalıdır. Ortaq bir ailə evimiz də var. Mən öz yataq otağımdakı çarpayımda yatacam. O da öz yataq otağındakı çarpayısında…
Xatırladaq ki, Kameron Diaz musiqiçi Benji Maddenlə evlidir. Cütlüyün üç yaşında övladı var.