Friday, November 22, 2024
HomeBlogElşad Miridən gündəmi alt-üst edən AÇIQLAMA

Elşad Miridən gündəmi alt-üst edən AÇIQLAMA

Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar deyirlər. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir əməllər üstün olsa, insan namaz qılan olmasa da, nicat əhli olmalıdır.

Qeyd etməliyik ki, namazı tərk etməyin iki səbəbi ola bilər. Birincisi ibadət əməli olaraq onu inkar etmək. Bu inkar və tərk əzaba və cəhənnəmə səbəb olduğu bildirilir. İkincisi isə namazı inkar üzündən deyil, tənbəllik və səhlənkarlıq üzündən tərk etmək, bu isə müzakirə mövzusudur ki, namaz qılmayanlar və ya onu tərk edənlərin yeri cəhənnəmdir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri Referans.az-a bildirib ki, ümumiyyətlə, namazın birinci və ya ikinci ibadət olması deyə bir anlayış yoxdur:

“Quran bunları hansısa bir cərgəyə, sıraya qoymur. Sadəcə olaraq bu gün əldə olan bilgilərə görə deyəndə hər şeydən əvvəl bilmək, mahiyyətini dərk etmək, anlamaq, anladığımız şəkildə Allaha qulluq etmək gəlir. Allaha qulluq etməyə gəldikdə isə bunun yolları müxtəlifdir. Dürüst yaşamağımız, həyatımızı düzgün tənzimləməyimiz və halalı-haramı nəzərə alaraq yaşamağımız birinci növbədə gələn məsələlərdir. Digər məsələlər isə Allahla ünsiyyət, eyni zamanda Quranın təlimi namazla həyata keçirilir. Bu olduğu zaman Allahın əmrinə və buyurduğuna əməl etmiş oluruq. Etmədiyimiz zaman Allahın buyurduğuna əməl etməmiş oluruq”.

İlahiyyatçı qeyd edib ki, namazı qılmayanın cənnətlik və ya cəhənnəmlik məsələsinə gəldikdə isə Quranda namazın insanları mənfilikdən, əxlaqsızlıqdan və digər mənfi şeylərdən uzaqlaşdırdığı bildirilir. Onun sözlərinə görə, əgər bunlardan uzaqlaşdırmırsa, həmin namaz insanları necə cənnətə apara bilər: “Bu sadəcə əyilib qalxmaqdan ibarət olan bir məsələyə çevrilmirmi? Faktiki olaraq Qurana baxdığımız zaman namaz qılmayanın hər hansı bir cəzasını görmürük. Amma Allahın əmridir, buyurduğudur. Yəni namaz qılan bir insanın qıldığı namazına görə Allahın Allahlığı artmır. Bir insan Allahın buyurduğunun əksinə gedərək, namaz qılmadığı zaman da Allahın Allahlığı azalmır”.

Burada fayda və ya zərər yenə də insanın özü ilə əlaqədar olan bir məsələdir, çünki bizi yaradan bizdən daha yaxşı bilir. Ona görə də, məsələyə həmişə bu prizmadan yanaşmalıyıq. Təəssüflər olsun ki, bu gün məzhəblər “namaz qılmayanlar öldürülməlidir” kimi İslama uyğun olmayan fətvalar veriblər. Bunlarla bağlı hökumlər qoyublar. Bu gün ilahiyyatçılar və s. bu məsələni gündəmə gətirməyib gizlətməyə çalışsalar da, bu məzhəblərdə olan bir məsələdir. Buna görə də, Qurana zidd bir din anlayışı formalaşdırırlar – deyə Elşad Miri əlavə edib.

RELATED ARTICLES

Most Popular

Recent Comments