Maraqlı

Jerar Depardyeni təcavüzdə ittiham edən aktrisa intihar etdi

Jerar Depardyeni təqibdə günahlandıran aktrisa çayda boğulub
 

Bu yaxınlarda 60 yaşlı fransalı aktrisa Emmanuel Debever 74 yaşlı aktyor Jerar Depardyeni təcavüzdə ittiham etmişdi.
 

Showaz.net xəbər verir ki, hadisə ötən cümə axşamı, dekabrın 7-də baş verib. Emmanuelle Debever təcavüzün təfərrüatlarından danışdığı araşdırma sənədli filminin premyerası günü özünü çaya atıb.
 

Fransa rəsmilərinin məlumatına görə, qadın özünü Sena çayına atıb. Onun ölümü intihar kimi qiymətləndirilir.


Araşdırma filmində o, hələ 1982-ci ildə “Danton” filminin çəkiliş meydançasında aktyorun ona cinsi təcavüz etdiyini bildirib. Hər şey vaqonun ortasında baş verib, aktyor zorla əlini aktrisanın ətəyinin altına qoysa da, qadın qaça bilib

Qeyd edək ki, söhbət rejissor Anjey Vaydinin çəkdiyi tarixi dramdan gedir. Burada aktyor Corc Danton rolunu oynayıb.


Maraqlıdır ki, 2023-cü ilin aprelində daha 13 qadın aktyora qarşı oxşar ittihamlarla çıxış edib. Qadınların ərizə ilə müraciət edərək, aktyoru zorakılıqda ittiham etdiyi məlum olub. Aktyorun özü isə bütün ittihamları qətiyyətlə rədd edir

Back to top button