Hadisə

Səhər-səhər ACI XƏBƏR gəldi

Referans.az APA-ya istinadən xəbər verir ki, , 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, dünən saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

Back to top button